Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
16:27 14 Mart 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsinin iclası keçiriləcək.
"Report"un xəbərinə görə, iclas martın 18-də keçiriləcək.Tədbirdə Milli Məclisin deputatı Elşad Həsənov iştirak edəcək.
İclasda Müstəqil araşdırmalar mərkəzinin AŞPA çərçivəsində korrupsiyaya dair iddialar barədə hesabatı dinləniləcək, komitənin verdiyi nəticələrin və tövsiyələrin qiymətləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.
Səfər martın 19-da başa çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/aspa-nin-komite-iclasi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR