Moldova prezidenti: "Çox gözəl iqtisadi və diplomatik əlaqələrimiz var"

Moldova prezidenti: "Çox gözəl iqtisadi və diplomatik əlaqələrimiz var"
16:08 14 Mart 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

"Bir müddət öncə Azərbaycanın prezidenti ilə danışıqlar apardıq. Bizim çox gözəl iqtisadi və diplomatik əlaqələrimiz var. Bir sıra razılıqlar imzalanıb. Beynəlxalq arenada da uğurlu əməkdaşlığımız mövcuddur. Demək olar ki, ildə bir neçə dəfə MDB-nin tədbirləri də daxil olmaqla müxtəlif tədbir və toplantılarda görüşürük".

Publika.az xəbər verir ki, bu sözləriVII Qlobal Bakı Forumunda iştirak edən Moldova prezidenti İqor Dodon deyib.

Prezident sözlərinə belə davam edib: "Ölkənizin rəhbərliyi ötən il Qaqauziya Muxtar Respublikasında keçiriləcək sosial layihələri maliyyələşdirməyə razılaşdığı üçün xüsusi minnətdarlığımı bildirirəm. Bu gün isə cənab prezidentlə cari ilin sonunadək bu sosial obyektin açılışından danışdıq.

Bildiyiniz kimi, bir müddət öncə Moldovada parlament seçkiləri keçirildi. Bu seçkilərdə sosialistlər partiyası qalib olsa da, parlament çoxluğu əldə etmədi. Bunun üzərində də iş gedir. Ümid edirik ki, tezliklə ölkəmizdə hakimiyyət bərpa olunacaq. Bundan sonra isə ikitərəfli rəsmi səfərlər mümkün olacaq. Bu gün cənab İlham Əliyevi rəsmi şəkildə ölkəmizə dəvət etdim. Təbii ki, hakimiyyət bərpa olunarsa, növbədən kənar seçkilər keçirilməzsə, bu səfər ən tez vaxtda baş tutacaq. Azərbaycanla Moldova arasında bir sıra əməkdaşlıq sahəsi var, onlardan biri də energetikadır. Regionumuz üçün eksklüziv bacarıqlarımız var. İstər Avropa Birliyi, istər MDB dövlətləri olsun, hamısı ilə azad ticarət əlaqəmiz mövcuddur. AvrAsEC-in müşahidəçisi statusunu da almışıq. Ona görə də Moldovada əlavə vergi olmadan qərb və şərq, həmçinin Türkiyə ilə ticarət əlaqələrinin qurulmasını təklif edirik".

Gülxar,

Leyla


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/272670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR