Rusiyadan ABŞ şirkətinə boykot: Son 6 ayda... - FOTO

Rusiyadan ABŞ şirkətinə boykot: Son 6 ayda... - FOTO
15:58 14 Mart 2019
100 Dünya
Ölkə mətbuatı
A- A+

Efiopiyada 157 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra “Boeing 737 Max” tipli təyyarələrin boykotu axınına Rusiya da qoşulub.

Publika.az xəbər verir ki, Rusiya hava məkanında bu tip təyyarələrin uşuşuna icazə verməyəcək.

“Rosaviatsiya” Aviasiya Agentliyinin bəyanatına görə, qərara səbəb “Boeing 737 Max” tipli təyyarələrin son 6 ayda iki dəhşətli qəzaya səbəb olmasıdır.

Qeyd edək ki, ötən həftə Efiopiyadakı təyyarə qəzası 157, ötən il İndoneziyadakı qəza isə 189 nəfərin ölümünə səbəb olmuşdu. Bundan sonra dünyanın bir çox ölkələri bu təyyarələrin xidmətinə qadağa qoyub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/272657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR