Metronun qarşısında ağır qəza - Ər, arvad və 2 yaşlı uşaq xəstəxanalıq oldu

Metronun qarşısında ağır qəza - Ər, arvad və 2 yaşlı uşaq xəstəxanalıq oldu
15:53 14 Mart 2019
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Binəqədi rayonu Cavadxan küçəsində - metronun “Nəsimi” stansiyasının yaxınlığında “Mercedes” markalı minik avtomobili taksi kimi fəaliyyət göstərən digər maşın toqquşub.

Nəticədə “Mercedes”in 33 yaşlı sürücüsü, onun 27 yaşlı həyat yoldaşı və 2 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Nizam


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/272663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR