Kiyevdə Ukrayna Prezident Administrasiyasının əməkdaşı öldürülüb

Kiyevdə Ukrayna Prezident Administrasiyasının əməkdaşı öldürülüb
15:52 14 Mart 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Prezident Administrasiyasının əməkdaşı Kiyevdə ölmüş vəziyyətdə aşkar edilib.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatında meyitin Ukrayna paytaxtının Şevçenko rayonunda kilsə yaxınlığında tapıldığı bildirilib.
Eyni zamanda hüquq-mühafizə orqanları əməkdaşları dərhal qətldə əli olduğu güman edilən iki nəfəri saxlayıb. Məlumata görə, saxlanılan şəxslər ölüm hadisəsindən az əvvəl mərhumu görüblər. Ölən şəxsin üzərində pul və mobil telefon olmayıb.
Ukrayna KİV mənbələrinə istinadən mərhumun Prezident Administrasiyasının əməkdaşı Aleksandr Buxtatıy olduğunu xəbər verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kiyevde-ukrayna-prezident-administrasiyasinin-emekdasi-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR