"Harri Potter"in ulduzu əlil arabasına məhkum olub - FOTO

"Harri Potter"in ulduzu əlil arabasına məhkum olub - FOTO
15:52 14 Mart 2019
Ölkə mətbuatı
A- A+

"Harri Potter" kinosaqasındakı "Haqrid" rolu ilə daha da məşhurlaşan 68 yaşlı britaniyalı aktyor Robbi Koltreyn dizlərindəki dözülməz ağrılardan əzab çəkir.

Milli.Az Daily Mail-ə istinadən bildiir ki, illərdən bəri bu mərəzə mübtəla olan aktyor cərrahiyyə əməliyyatına hazırlaşır. Aktyorun dediyinə görə, onun əlil arabasından qalxaraq yeriyə bilməsi üçün oynaqlarının funksiyaları bərpa olunmalıdır.

Paparassilər aktyoru Londondakı "St Pancras Renaissance Hotel"də haqlayıblar.

Əməliyyat ABŞ-da aparılacaq.

Şotland aktyor osteartrit xəstəsidir. 2016-cı ildə həkimlər müayinədən sonra ona 45 kq arıqlamağı məsləhət görmüşdülər. Ona əks təqdirdə əlil olacağı deyilmişdi.

Həmin il Channel 4 telekanalındakı "National Treasure" serialında çəkilən aktyor dizindəki ağrılardan dolayı, çəliklə gəzirdi.

4 seriyalı teleserial yetkinlik yaşına çatmamış qıza təcavüzdə suçlanmış komik Pol Finçlidən bəhs edirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR