İsrail gimnastı: Bakıya gəlmək hər zaman xoşdur

İsrail gimnastı: Bakıya gəlmək hər zaman xoşdur
14:50 14 Mart 2019
77 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva Trend:

Bakıya gəlmək və Milli Gimnastika Arenasında çıxış etmək hər zaman xoşdur.

Bunu Trend-ə İsrail gimnastı Aleksandr Şatilov deyib.

O, öz çıxışını orta olaraq qiymətləndirib:

“Ümid edirəm ki, finala çıxmaq üçün xalım çatacaq. Sabah da iki növdə çıxış edirəm. Yaxşı çıxış etsəm, finala çıxa bilərəm”.

Gimnast bildirib ki, Dünya Kubokunda güclü idmançılar çoxdur:

“Bu il Dünya Kuboku Olimpiya oyunlarına lisenziya verdiyi üçün rəqabət böyükdür. Ona görə də Olimpiya oyunlarına çalışan idmançılar Bakıya gəlib”.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3032897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR