Bir anda təsadüfən gördü

Bodrumda, balıq ovunda yem olaraq istifadə etmək üçün qayaların üzərində xərçəng axtaran Can Gümüş (29) bir anda qarşısında pişik gözlü ilan (telescopus fallax) görüb.

Metbuat.az xəbər verir ki, Gümüş nadir görülən və qoruma altında olan ilanın fotoşəkilini çəkərək paylaşıb.

Anadoluda nadir növlərdən pişik gözlü ilan Can Gümüş tərəfindən görünüb.

Balıq ovu üçün gələn inşaat mühəndisi Gümüş, yem olaraq istifadə etmək üçün qayaların arasında xərçəng axtarmağa başlayıb. Qayaların üzərinə gedən Gümüş, bir anda qarşısında bir ilan görüb. İlanın fotosunu cib telefonu ilə çəkən Gümüş, heyvana zərər vermədən yanından uzaqlaşıb. Təbiət Qoruma və Milli Parklar Baş İdarəsi rəsmiləri, şəkli araşdıranda ilanın qoruma altındakı nadir növlərdən pişik gözlü ilan olduğunu anlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR