Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxs cərimələnib

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxs cərimələnib
14:42 14 Mart 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan mağazanın satıcısı cərimələnib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. 
Belə ki, martın 13-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.

Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yetkinlik-yasina-catmayanlara-tutun-memulati-satan-sexs-cerimelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR