Azərbaycan Prezidenti: “Xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir”

Azərbaycan Prezidenti: “Xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir”
14:39 14 Mart 2019
25 Digər
Ölkə mətbuatı
A- A+

 
"Bizim xarici siyasətimizdə dəyişiklik edilməyib. Burada hər hansı yeni bir siyasətdən söhbət gedə bilməz. Ancaq təbii ki, dünyada vəziyyət dəyişir və bizim xarici siyasət təşəbbüslərimiz də ona uyğunlaşdırılır. Amma bizim xarici siyasətimiz sabit, proqnozlaşdırıla bilən və müstəqil siyasətdir. Xarici siyasətimiz bizim milli maraqlarımıza əsaslanır".
 
 
ONA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində deyib.
 
 
Dövlət başçısı bildirib ki, bütün dövlətlərlə sıx münasibətlərin qurulması xarici siyasətimizin prioritetidir.
"Bu, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionumuzda sabitliyə yönəlmiş bir siyasətdir. Xarici siyasətimizin istiqamətlərinə gəldikdə, təbii ki, bizim təşəbbüslərimiz davam edib. Biz ənənəvi tərəfdaşlarımızla münasibətləri daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq", - deyə dövlət başçısı əlavə edib.
 
 
Prezident vurğulayıb ki, hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlər əsas prioritet təşkil edir: "Bu baxımdan da bizim qonşularla münasibətlərimiz daha da güclənib. Biz səmərəli əməkdaşlıq mühiti yarada bilmişik, qonşularımızla qarşılıqlı hörmətə əsaslanan bir əməkdaşlıq növü qurmuşuq. Biz nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərmayə sahələrində körpülər qurmağa nail ola bilmişik. Təbii ki, bu, bizim ənənəvi əməkdaşlığımızın sayəsində mümkün olub".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR