Nazir: "Türkiyənin hava məkanına ətraf ölkələrdən təhdidlər gəlir"

Nazir: "Türkiyənin hava məkanına ətraf ölkələrdən təhdidlər gəlir"
14:37 14 Mart 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

“Bəzi açıqlamalara baxmayaraq, noyabrda “F-35” qırıcılarının Malatyaya gələcəyini gözləyirik”.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar ordu komandanları ilə nahar yeməyində bildirib.
Onun sözlərinə görə, Malatyada artıq bu istiqamətdə infrastruktur işləri başa çatdırılıb.
“Adını çəkməyə ehtiyac yoxdur. Ancaq hava məkanımıza təhdid və təhlükələr ətrafımızdakı ölkələrdən gəlir. Bunun çarəsini tapmaq lazımdır. NATO-ya müraciət etdik. NATO ABŞ, Almaniya və Hollandiyadan bir cüt “Patriot” batareyası yolladı. Onlar İncirlik, Qaziantep, Kahramanmaraşda yerləşdirlidi. Təxminən, 1,5 il xidmət etdikdən sonra “biz gedirik” dedilər”, - deyə “S-400” zenit raket kompleksinin tədarükündən danışarkən vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2017-ci ilin dekabrında Rusiya ilə "S-400"ün alınmasına dair müqavilə imzalandığını bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino martın 6-da bildirmişdi: “Rəsmi Ankara Rusiyanın "S-400" zenit-raket kompleksini əldə edəcəyi halda, ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər”.
Türkiyə ABŞ-dan 120 ədəd beşinci nəsil F-35 qırıcı-bombardmançıların tədarükünü gözləyir.


Xəbərin orijinal ünvanı: https://report.az/region/hulusi-akar-noyabrda-f-35-turkiyeye-getirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR