"Azərbaycanda qadınlar arasında sahibkarlıq sahəsinə maraq geniş yayılıb"

"Azərbaycanda qadınlar arasında sahibkarlıq sahəsinə maraq geniş yayılıb. Ölkəmizdə sahibkarlıq sahəsinə dövlət səviyyəsində çox böyük diqqət var".

Metbuat.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri ailələrdə zorakılığın və erkən nikahların tamamilə aradan qaldırılması üçün qadınların cəmiyyətdə fəaliyyətinin daha da artırılmasının önəmini qeyd edib. Əlavə edib ki, bunun üçün dövlət bir çox layihələr həyata keçirir. Məqsəd ailələrdə qadının nüfuzunu və statusunu artırmaqdır.

Hicran Hüseynova vurğulayıb ki, bu gün ölkəmizdə sahibkarlıq inkişaf edir. Azərbaycan qadınları da bu inkişafdan geri qalmamalıdırlar. Bunun üçün sahibkar qadınlara dövlət tərəfindən dəstək verilir. O, Qadın Resurs mərkəzlərinin fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, məqsəd qadınların iqtisadi səlahiyyətlərinin artırılması istiqamətində mərkəzlərə xeyli sayda qadının cəlb olunmasıdır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR