İrəvanda POLİSLƏ TOQQUŞMA: sahibkarlar ayağa qalxdı

İrəvanda POLİSLƏ TOQQUŞMA: sahibkarlar ayağa qalxdı
14:34 14 Mart 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

İrəvanda gərgin anlar yaşanır.

 

Lent.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, İrəvanda sahibkarlarla polis arasında qarşıdurma olub.

 

Paytaxtda obyektlərinin qanunsuz sökülməsinin qarşısını almaq üçün yerli hökumətə etiraz edən yüzlərlə sahibkar Maştots prospekti, Tumanyan küçəsində ictimai sabitliyi pozaraq nəqliyyatın hərəkətinə mane olublar. Aksiyanın dağıdılması üçün çoxlu sayda polis qüvvələri cəlb edilib.

 

Bildirilir ki, polislə etirazçılar arasında toqquşma olduğundan hüquq-mühafizə orqanları əməkdaşları iğtişaşçılara qarşı güc tətbiq edib. Xeyli sayda şəxs saxlanılıb. 

 

Qeyd edək ki, dünəndən başlanan etiraz aksiyası bu gün daha geniş vüsət alıb.

 

Sahibkarlar onlara məxsus obyektlərin sökülməsi üçün hökumət tərəfindən verilən qərarın əsassız olduğunu deyərək, sahib olduqları mülklərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş qanuni sənədlərini təqdim ediblər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/308487

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR