Hədiyyə olaraq aldığı qazları çoxaldaraq 100 min

Türkiyənin Aksaray bölgəsində yaşayan Halis Katman 2014-cü ildə satın aldığı toyuqların yanında hədiyyə verilən 7 qazı çoxaldaraq işini böyüdüb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Katman 6 il əvvələ qədər kəndində kiçik və böyük baş heyvanlar yetişdirərkən gəlirlərinin azalmasl ilə kənd təsərrüfatı və heyvançılıq sahəsində yeni axtarışlar edib. Axtarışların sonunda ev quşları yetişdirməyə qərar verib. 2014-cü ildə aldığı 150 toyuğun yanında 7 qaz hədiyyə edilib.

Katma istəmədən aldığı bu qazların zamanla əhəmiyyətli gəlir yeri olduğunu bildirib. Son illərdə alıcıların xüsusilə qaz ətinə olan marağı olduğunu görən adam böyütdüyü qazları bazarda satıb. Xarici ölkələrdə də qaz ətinə marağın olduğunu görən Katman keçən il İraqa 100 min dollarlıq qaz ixrac edib.

Katman hobbi olaraq başladığı bu işi daha da böyüdəcəyini bildirib.


http://metbuat-az.com/news/1145877/inanilmaz-bu-in...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR