"Ermənistan tərəfindən səsləndirilən fikirlər qəbuledilməzdir"

"Ermənistan tərəfindən səsləndirilən fikirlər qəbuledilməzdir"
14:23 14 Mart 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsində danışıqların formatının dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlər qəbuledilməzdir".

Publika.az xəbər verir ki, bu sözləri Prezident Adminstrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev VII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib:

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan VII Qlobal Bakı Forumu beynəlxalq müstəvidə duran məsələlərin müzakirə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı tərəfindən də bu foruma böyük dəstək göstərilir. Tədbirdən bir gün öncə forumun idarə heyətinə daxil olan şəxslər qəbul edildi, gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Forumun açılışında da dövlət başçısı nitq söylədi. Bu forumun gündəliyini yeni xarici siyasət mövzusu təşkil edir. Azərbaycanın uğurlu xarici siyasəti var. Dövlət başçısını tərəfindən bu modelin əsas prinsipləri forum iştirakçılarının diqqətinə çatdırıldı. Azərbaycanın xarici siyasəti proqnozlaşdırılandır, müstəqil və milli maraqlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısı xarici siyasətimizin əsasını qonşu dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi olduğunu vurğuladı. Həmçinin Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan Dağlıq Qarabağ məsələsinə toxunuldu, Azərbaycanın mövqeti açıq şəkildə bəyan edildi. Son vaxtlar Ermənistan tərəfinin danışıqların formatını dəyişdirilməsi ilə bağlı iddiaları qəbuledilməzdir. Bu məsələ dövlət başçısı tərəfindən də bir daha qeyd edildi. Danışıqlar hazırkı formatda davam etdirilməli, görüşlər nəticə xarakterli olmalı, münaqişənin həllinə yönəlməlidir”.

Gülxar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/272649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR