Sercio Mattarella: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mədəniyyətlərarası dialoq və əməkdaşlığın təşviqi ilə bağlı təşəbbüsü artır və möhkəmlənir

Sercio Mattarella: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mədəniyyətlərarası dialoq və əməkdaşlığın təşviqi ilə bağlı təşəbbüsü artır və möhkəmlənir
14:22 14 Mart 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mədəniyyətlərarası dialoq və əməkdaşlığın təşviqi ilə bağlı təşəbbüsü artır və möhkəmlənir.

Trend-in məlumatına görə, bu barədə İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində deyilir.

Müraciəti İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari səsləndirib.

İtaliya Prezidenti dünyada gərginlik və dözümsüzlüyün qarşısının alınması üçün Forumun müstəsna vacibliyini qeyd edib:

“Mən 2018-ci ildə Bakıda Prezident İlham Əliyevlə məhsuldar görüşüm olub. Qlobal Forum anlaşılmazlıqların, gərginliyin və dözümsüzlüyün qarşısının alınması, eləcə də konkret təkliflərin siyasi səlahiyyətlərə malik şəxslərə çatdırılması üçün vacib əhəmiyyət daşıyır”.

Müraciətdə qeyd olunur ki, müasir dövrün aktual problemləri həm hökumətlərin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakını tələb edir.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3032857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR