İranda qaz kəmərində partlayış olub, ölənlər var VİDEO

İranda qaz kəmərində partlayış olub, ölənlər var  VİDEO
13:27 14 Mart 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

İranın cənub-qərbində, Fars körfəzi yaxınlığında, Mehşəhr və Əhvaz şəhərləri arasında qaz kəmərində baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 6 nəfər də müxtəlif xəsarətlər alıb.
“Report” İRNA-ya istinadən bu barədə xəbər verir ki, partlayış nəticəsində yaxınlıqda dayanan avtobusda yanğın baş verib, nəticədə sürücü xəsarət alıb. Bununla yanaşı, bir yük maşını ilə şəxsi avtomobil yanıb.
Yerli hakimiyyət qurumları ilkin ehtimal kimi, hadisənin qaz sızıntısı səbəbindən baş verdiyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-randa-qaz-kemerinde-partlayis-olub-olenler-var-vi-deo-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR