Sarkisyan Azərbaycan torpaqlarından hücuma keçəcək

Sarkisyan Azərbaycan torpaqlarından hücuma keçəcək
13:18 14 Mart 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın keçmiş prezidenti, “Qarabağ klanı”nın liderlərindən olan Serj Sarkisyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağa bölgəsində aktiv fəaliyyətə başlayıb.

Publika.az
xəbər verir ki, “Jamanak” qəzeti Serj Sarkisyanın İrəvana qayıtmadığını, hazırda Xankəndində olduğunu və aktiv görüşlər keçirdiyini yazıb.

Sarkisyan martın 5-də Xankəndinə gəlib. Burada separatçı rejimin “rəhbəri” Bako Saakyanla fəal ünsiyyət saxlayır. Məlumatlara görə, Sarkisyan Ermənistan təhlükəsizlik şurasının Qarabağda keçirilən iclasının nəticələrini gözləyirmiş.

“Jamanak”ın versiyasına görə, keçmiş prezident sonrakı addımlarını planlaşdırmaq niyyətindədir.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/272636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...
-->