Əvvəl çılpaq soyundurdular

Antaliyanın Manavgat mahalında, narkotik istifadəsindən nəzarətə alınan D.Ö.nün cib telefonunda, 2 adamın meşəlik sahədə 'döyülmə və işgəncə' görüntüləri ortaya çıxıb.

Metbuat.az Türkiyə KİV-inə istinadla xəbər verir ki. hadisə ilə əlaqədar nəzarətə alınan 3 şübhəlidən D.Ö. və digər 1 nəfər həbs olunub.

Manavgat İlçe Jandarma Komandirliyi qrupları, Ilıca Məhəlləsi Kumköy turizm bölgəsində yerli və xarici turistlərə narkotik satışı edildiyi xəbəri üzərinə iş başladıb. Araşdırmanın nəticəsi olaraq D.Ö. jandarma tərəfindən nəzarətə alınıb. D.Ö.nüncib telefonunun araşdırmasında işgəncə görüntüləri ortaya çıxıb.

Video qeydlərində meşəlik sahədə 'etməyin' deyərək qışqırıb, çubuqla döyülən, küfr, təhqir və əziyyətlərə məruz qalan və paltarları soyulub çılpaq bədənlə dırmaşmaq, jim çəkmə, jim edə bilmədikdə kürəyinə çubuqla vurma kimi işgəncə edilən 2 adamın görüntülərinin olduğu bəlli olub. Video qeydlərində davamlı olaraq 'hadi, hadi, düzgün edin', 'eləmi jim çəkilir', 'siz əsgərlikdə olmamısız kimi sözlər və küfrlər olduğu təsbit edilib.

Hadisəni araşdıran jandarma qrupları, 1 ay əvvəl yaşandığını təsbit etdiyi videoda işgəncəyə məruz qalan və adı açıqlanmayan zərərçəkmişlərin şübhəlilərə bir miqdar borcları olduğunu, ancaq yüksək faiz tətbiq olunduğu üçün ödəmədiklərini öyrənib. Jandarma tərəfindən ifadələri alınan zərərçəkmişlər hadisə günü şübhəlilər tərəfindən meşəlik sahəyə aparılaraq döyüldüklərini, özlərinə əziyyət edildiyini və cib telefonlarının qəsb edildiyini söyləyərək, şikayətçi olub. Qurbanların bədənlərində travmatik izlər aşkar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR