Tərtərdə güclü partlayış – Xəsarət alan var

Tərtərdə güclü partlayış – Xəsarət alan var
12:48 14 Mart 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Tərtər rayonunda partlayış baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 160 m² olan birmərtəbəli üçotaqlı evin mətbəxində partlayış olub. Partlayış dalğasının təsirindən mətbəxdə 2 ədəd pəncərə çərçivəsi dağılıb. Yanğın hadisəsi baş verməyib. Hadisə zamanı 1 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/272627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR