Almaniya Venesueladakı diplomatlarının sayını azaldır

Almaniya Venesueladakı diplomatlarının sayını azaldır
12:47 14 Mart 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya Xarici İşlər Nazirliyi Venesuelada həyat şəraitinin pisləşməsi, təhlükəsizliklə bağlı ciddi qayğılarla əlaqədar bu ölkədəki diplomatlarının sayını azaldıb.
“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, XİN sözçüsü Venesuelada, o cümlədən Karakasda vəziyyətin getdikcə gərginləşdiyini qeyd edib. O, elektrik təchizatının hələ də bərpa olunmaması üzündən ərzaq və içməli su təminatında, tibbi xidmət sektorunda çətinliklərin olduğunu söyləyib.
Daha əvvəl arzuolunmaz şəxs elan edilmiş Almaniyanın Venesueladakı səfiri Daniel Kriner xarici işlər naziri Heiko Maasla görüşüb və Venesueladakı vəziyyəti müzakirə edib.
Xatırladaq ki, bu ayın əvvəlində Venesuela hökuməti Almaniya səfirini ölkənin daxili işlərinə qarışmaqda qınayaraq arzuolunmaz şəxs elan etmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniya-venesueladaki-diplomatlarinin-sayini-azaldir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR