Nazir müavini: “İndiyə qədər Azərbaycanda kompüter istifadəçiləri ciddi problemlə üzləşməyib”

Nazir müavini: “İndiyə qədər Azərbaycanda kompüter istifadəçiləri ciddi problemlə üzləşməyib”
11:47 14 Mart 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində səlahiyyətlərin bölgüsü mövcuddur və qurumlar arasında koordinasiya var”.
“Report” xəbər verir ki, bunu "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçirilən tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
O, həmçinin qeyd edib ki, indiyə qədər Azərbaycanda kompüter istifadəçiləri ciddi problemlə üzləşməyib: "Ölkədə olan CERT-lərin (Computer Emergency Readiness Team) fəaliyyəti nəticəsində hesablarının itirilməsi ilə bağlı edilən müraciətlərə baxılıb və əksər hesablar geri qaytarılıb. Bizim əməkdaşlarımız vətəndaşlara xidmət göstərməklə yanaşı, daim onlara məlumat verir, insanları maarifləndirir. Xoşagəlməz halların baş verməsinin əsas səbəbi həmin insanların ən elementar təhlükəsizlik tələblərinə əməl etməməsidir".

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/nazir-muavini-i-ndiye-qeder-azerbaycanda-komputer-istifadecileri-ciddi-problemle-uzlesmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR