Bu qəzet “Traxtur” tərəfdarlarını təhqir etdi - FOTO

Bu qəzet “Traxtur” tərəfdarlarını təhqir etdi - FOTO
11:32 14 Mart 2019
105 Dünya
Ölkə mətbuatı
A- A+

Milyonlarla tərəfdarı olan Güney Azərbaycanın "Traxtur" komandası növbəti dəfə İran mətbuatının qəzəbinə tuş gəlib.

Milli.Az bildirir ki, Tehranda dərc olunan "Həmşəhri" qəzeti Güney Azərbaycanın səsinə çevrilən "Traxtur" haqda bir məqalə dərc edərək mədəniyyət və nəzakəti ilə seçilən komanda tərəfdarlarını aşağılayıb və komandanın mövcud olmasından narahatlığını dilə gətirib.

"Nə üçün Traxturu sevmirik?" başlıqlı məqalənin müəllifi Rəsul Behrəveş "Traxtur" tərəfdarlarını nadan və fürsətçil adlandırıb. O, komanda tərəfdarlarının milli şüurunu sual altına alaraq onların "Azərbaycan var olsun" şüarını sərt bir dillə pisləyib.

"Traxtur" komandasının Güney Azərbaycan türk millətinin səsinə çevrilərək güclü bir komanda kimi çıxış etməsi anti-Azərbaycan qüvvələri, o cümlədən ölkə əhalisinin vəsaiti hesabına fəaliyyət göstərən bir çox mətbuat orqanını qıcıqlandırır. İran mətbuatında "Traxtur" və onun tərəfdarlarına qarşı davamlı olaraq yazılar dərc olunur, lakin buna baxmayaraq Güney Azərbaycanın milli komandası gün keçdikcə daha da çox tərəfdar qazanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR