Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək

Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək
11:27 14 Mart 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycana sıxılmış qazla (CNG) işləyən avtobusların idxalı 2020-ci ildən sonra 5 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.
“Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov Şəkidə jurnalistlər üçün təşkil edilən təlimin ikinci günündə bildirib.
Onun sözlərinə görə, hazırda paytaxtda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC-nin avtobusları da sıxılmış qazla işləyir. Bu il martın 8-dən isə məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/sixilmis-qazla-isleyen-avtobuslarin-azerbaycana-idxali-edv-den-azad-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR