Bu gün Dünya Çempionatına yekun vurulur

Bu gün Dünya Çempionatına yekun vurulur
11:18 14 Mart 2019
102 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə Komandalararası Dünya Çempionatında son tur baş tutacaq.

Publika.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən kişilərdən ibarət milli komanda Misir yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 10:00-da başlanacaq.

Bu günə qədər 8 turu geridə qoyan yığmaların xal durumu belədir:

Rusiya – 14

Hindistan – 11

İngiltərə - 11

Çin – 10

ABŞ -9

İran – 8

Azərbaycan 6

Qazaxıstan – 4

İsveç – 4

Misir - 3

Bu gün Azərbaycan - Misir oyunu ilə yanaşı, Rusiya - Hindistan, İngiltərə - İsveç, Qazaxıstan - Çin qarşılaşmaları da oynanılacaq.

Qeyd edək ki, dünya çempionatına Azərbaycan millisinin heyətində Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/272608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR