Kollecdə gülləbaran: 10 ölü - Braziliyada - VİDEO - FOTO

Kollecdə gülləbaran: 10 ölü - Braziliyada - VİDEO - FOTO
10:27 14 Mart 2019
88 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyanın San-Paulu şəhərinin cənubundakı Suzanna bölgəsində yerləşən "Professor Raul Brasil State College"dəki atışma nəticəsində 10 nəfər həlak olub. Kollec binasına daxil olan iki gənc qarşılarına çıxan hər kəsə atəş açandan sonra intihar ediblər.

Milli.Az Globo-ya istinadən bildirir ki, qara geyinmiş bu şəxslərin üzlərində maska olub. Həlak olanların 8-i şagirdlər, 2 nəfəri kollecin işçiləridir.

Gülləbaranda 24 nəfər yaralanıb.

Polisdən verilən məlumata görə, gülləbaranı törədənlər 17 yaşlı Gilyerme Monteyro və 25 yaşlı Enrike de Kastrodur.

Sana-Paulunun qubernatoru Juau Doria olayla bağlı olaraq bütün görüşlərini təxirə salaraq faciə yerinə yollanıb. O, kollecdəki faciə ilə bağlı olaraq ştatda üçgünlük matəm elan edib.

Braziliyanın prezidenti Jair Bolsonaru da həlak olanların ailələrinə başsağlığı verib.

"Professor Raul Brasil State College"də 1000-dən artıq şagird təhsil alır, 105 nəfər çalışır.

Polis polkovniki Fabio Pelleqrinin dediyinə görə, kollecə hücum edənlər əvvəllər bu məkanda təhsil alıblar. Hadisə yerində 38 çaplı revolver, arbalet və yandırıcı məhlullu butulkalar tapılıb.

Kollecdə aşpaz işləyən 54 yaşlı silmara Kristina Silva de Moraes deyib: "Naharı verdik, sonra atışma başladı. Şagirdlər qorxmuşdular. Mətbəxin qapılarını açıb şagirdləri içəri buraxdıq. Sonra qapıları bağladıq. Şagirdlərə dedim ki, yerə uzansınlar. Çox qorxduq".

Məktəblilərdən biri söyləyib ki, gülləbaran başlayanda vanna otağında gizlənib: "Nahar vaxtı idi, həyətdə çoxlu şagird vardı. Mən yeməkxanada idim. Vanna otağına qaçıb orada gizləndim. Uşaqlara atəş açanlar heç nə demir, kimsəyə baxmırdılar. Sadəcə, atəş açırdılar. Darvazanın qarşısında bir neçə yaralı vardı".

Kollecin yaxınlığındakı dükanın sahibi, 48 yaşlı Jozelma Suareş duş Santuşun dediyinə görə, ilk atəş səsləri eşidiləndən sonra kollecdən qaçan məktəbli qızı dükanında gizləyib. Onun sözlərinə görə, məktəbə soxulan iki şəxs bomba atacaqlarını, hamını məhv edəcəklərini qışqırırdılar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kollecdə gülləbaran: 10 ölü - Braziliyada


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR