Azərbaycan millisinin futbolçusu: "Modriç və Rakitiç kimi futbolçuları yalnız televizorda görmək olar"

Azərbaycan millisinin futbolçusu: "Modriç və Rakitiç kimi futbolçuları yalnız televizorda görmək olar"
10:17 14 Mart 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

“Xorvatiya seçmə mərhələdə tam heyətlə iştirak edəcək. “Real Madrid”dən Luka Modriç, “Barselona”dan İvan Rakitiç kimi oyunçularla qarşılaşmaq hər bir futbolçunun karyerasında əsas məqamdır. Onları yalnız televizorda görmək olar”.
“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Dimitri Nazarov AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiya yığması ilə səfər oyunu haqda “Freie Presse” portalına danışarkən deyib.
Almaniyanın II Bundesliqasında “Aue”nin formasını geyinən forvard son vaxtlar klubunda az oynayır. Buna rəğmən, 29 yaşlı hücumçu Xorvatiya ilə görüşdə meydanda daha çox olacağına ümid bəslədiyini bildirib: “Gözləntim daha çoxdur, çünki klubda 5 dəqiqədən bir az çox oynayıram. Milli və 2-ci liqanın matçları arasında fərq böyükdür”.
Qeyd edək ki, Xorvatiya ilə matç martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Litva ilə martın 25-də "Bakcell Arena"da keçiriləcək yoldaşlıq görüşü isə saat 18:00-da start götürəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-futbolcusu-modric-ve-rakitic-kimi-futbolculari-yalniz-televizorda-gormek-olar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR