Nazir: "İran Azərbaycanla əməkdaşlığı maksimum genişləndirmək niyyətindədir"

Nazir: "İran Azərbaycanla əməkdaşlığı maksimum genişləndirmək niyyətindədir"
10:17 14 Mart 2019
Ölkə mətbuatı
A- A+

İran Azərbaycanla əməkdaşlığı infrastruktur layihələrdən daha artıq genişləndirmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd ötən gecə Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda İRİB müxbirinə verdiyi açıqlamada deyib.

F.Dejpəsəndin sözlərinə görə, İranın Azərbaycanla çox uğurlu və tarixi əlaqələri vardır.

Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 13-cü iclasının keçiriləcəyinə diqqət çəkən iranlı nazir iki ölkənin bəzi müştərək layihələrin icrasında çox yaxşı təcrübəsinin olduğunu deyib:

"Azərbaycanın Baş naziri, iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Mərkəzi Bankın sədri, Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşlər keçiriləcək. Maliyyə, turizm, əkinçilik, dəmiryolu sahələrində ikitərəfli əməkdaşlıqlar haqda müzakirələr aparılacaq".

İranın iqtisad və maliyyə naziri Pirallahı Sənaye Parkı ilə də yaxından tanış olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/738759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR