ABŞ-dan Rusiyaya qarşı ikiraketli zərbə: avqust ayında...

ABŞ-dan Rusiyaya qarşı ikiraketli zərbə: avqust ayında...
10:13 14 Mart 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”nın qadağan etdiyi iki raketi bu il sınaqdan keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi informasiya yayıb.

Xəbərə görə, raketlərdən biri mənzili 1000 km, alçaq mövqeli kəşfiyyat tipli olacaq. Digər raketin mənzili isə 3000-4000 arasında, ballistik tipli olacağı gözlənilir. Hər iki raket nüvə başlığı daşımayacaq. Kəşfiyyat raketi avqust ayında sınaqdan keçiriləcək. 18 ay içində isə aktiv vəziyyətə gətiriləcək. Ballistik raket isə noyabr ayından testdən keçiriləcək. Bu raketin Sakit okeandakı Guam adasına yerləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin avqust ayında Sovet İttfaqı ilə ABŞ arasında 1987-ci ildə imzalanan “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması” (İNF) geri çəkiləcəyini açıqlamışdı.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/272606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR