Bakının mərkəzində olimpiya çemionu qəza törətdi - FOTO

Bakının mərkəzində olimpiya çemionu qəza törətdi - FOTO
10:08 14 Mart 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb.

“Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan Rusiya Federasiyasına məxsus B 862 CA 73 qeydiyyat nişanlı "VAZ 21 08" markalı minik avtomobili Elnur Məmmədlinin idarə etdiyi 90 NT 555 dövlət qeydiyyat nişanlı “KİA Cadenza” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/272607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR