İranın iqtisadiyyat naziri: "Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq"

İranın iqtisadiyyat naziri: "Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq"
10:07 14 Mart 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycana gəlib.
Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildiriblər.
Qeyd olunur ki, nazir bu gün Bakıda keçiriləcək Azərbaycan-İran Hökumətlərarası İqtisadi Komissiyasının iclasında iştirak edəcək.
F.Dejpəsənd gəlişindən sonra bildirib ki, İran infrastruktur layihələrindən başqa, maliyyə və turizm sahələrində də Azərbaycanla ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
O, Bakıya səfərinin məhsuldar olacağına, ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə imkan verəcəyinə ümid etdiyini söyləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-ran-azerbaycanla-emekdasligin-genislendirilmesinde-maraqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR