Çempionlar Liqasında İngiltərə hegemonluğu

Çempionlar Liqasında İngiltərə hegemonluğu
09:57 14 Mart 2019
112 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un Çempionlar Liqasında səfərdə "Bavariya"nı 3:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlməsi ilə 1/4 finala vəsiqə qazanan İngiltərə klublarının sayı 4-ə çatıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna qədər "Tottenhem", "Mançester Yunayted" və "Mançester Siti" adını ən güclü 8-lik arasına yazdırmağı bacarıb. İngilislər bu göstərici ilə 2008-2009 mövsümündəki rekordu təkrarlayıblar. Həmin vaxt Romada keçirilən final oyununda "Mançester Yunayted"i məğlub edən "Barselona" turnirin qalibi olmuşdu.

Qeyd edək ki, 1/4 finalda 4 ingilis klubu ilə yanaşı, İtaliya ("Yuventus"), İspaniya ("Barselona"), Portuqaliya ("Portu") və Hollandiyadan ("Ayaks") bir komanda yer alır. Bu mərhələdə Almaniya və Fransa kimi böyük beşlik çempionatları isə heç bir klubla təmsil olunmayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/738741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR