Sabah Novruz Məmədov Milli Məclisdə ilk dəfə hesabat verəcək

Sabah Novruz Məmədov Milli Məclisdə ilk dəfə hesabat verəcək
09:52 14 Mart 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Sabah – martın 15-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.
“Report” xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat daxildir.
Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edəcək. Bu, N.Məmmədovun parlamentə təqdim edəcəyi ilk hesabatdır.
Plenar iclasda hökumət üzvləri də iştirak edəcək.
Xatırladaq ki, Novruz Məmmədov ötən il aprelin 21-də Baş nazir vəzifəsinə təyin edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/novruz-memedov-milli-meclisde-ilk-defe-hesabat-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR