“AzRe Təkrarsığorta”nın xalis mənfəəti 17% artıb

“AzRe Təkrarsığorta”nın xalis mənfəəti 17% artıb
09:47 14 Mart 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

“AzRe Təkrarsığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 118,202 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 15,7% çoxdur.
2018-ci ildə “AzRe Təkrarsığorta”nın cəmi öhdəlikləri 10,95% artaraq 27,543 mln. manata, cəmi kapitalı isə 17,2% artaraq 90,659 mln. manata çatıb.
Ötən il “AzRe Təkrarsığorta”nın cəmi gəlirləri 63,185 mln. manat (əvvəlki ilə nisbətən 15,65% çox), cəmi xərcləri 31,919 mln. manat (10,7% çox), mənfəət vergisi ödəmələri isə 6,201 mln. manat (40,4%) çox təşkil edib. Son nəticədə şirkəti 2018-ci ili 25,064 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 17,15% çoxdur.
Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 88,57%-lik səhmdarıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azre-tekrarsigorta-nin-xalis-menfeeti-17-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR