Bəzi peşə istiqamətləri üzrə tədris qruplarında təhsil alanların say həddi müəyyənləşib

Bəzi peşə istiqamətləri üzrə tədris qruplarında təhsil alanların say həddi müəyyənləşib
09:42 14 Mart 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda peşə istiqamətləri üzrə tədris qruplarında təhsil alanların sayı 10 nəfərdən az, 20 nəfərdən çox olmayacaq.
“Report” xəbər verir ki, bu, Baş nazir Novruz Məmmədovun imzaladığı qərarda göstərilib.
Qərara əsasən, aşağıda qeyd olunan peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlıq 10 nəfərdən az 20 nəfərdən çox olmamaqla müəyyən edilir: “Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqamətində aşağıdakı ixtisas qrupları üzrə:
1. “030104 Memarlıq hissələrinin modelləşdirilməsi və yapılması”,
2. “030105 Dekorativ suvaq və yapma məmulatlarının bərpası”,
3. “030106 İnşaat işlərinin bərpası”,
4. “030107 Xalça və xalça məmulatlarının bərpası”,
5. “030108 Daş və ağac memarlıq abidələrinin bərpası”,
6. “030109 Musiqi alətlərinin bərpası”,
7. “030110 İnteryer və eksteryerin bədii tərtibatı”,
8. “030112 Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar”,
9. “030113 Ağac və parça üzərində naxış və rəssamlıq”,
10. “030119 Xalq bədii yaradıcılığı”.
“İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqamətində aşağıdakı ixtisas qrupları üzrə:
1. “030207 Kino-video nümayişi”,
2. “030211 Fotoqraf işi”.
“İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqamətində aşağıdakı ixtisas qrupları üzrə:
1. “030818 Tikiş istehsalatı”,
2. “030819 Modelçilik və dizayner”.
Tədris qruplarında təhsilalanların sayı 16 nəfərdən çox olduqda, laboratoriya və istehsalat təlimi dərslərində həmin qruplar 2 yarımqrupa bölünə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/bezi-pese-istiqametleri-uzre-tehsil-alanlarin-say-heddi-mueyyenlesdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR