Apple növbəti təqdimat tarixini açıqlayıb

Apple növbəti təqdimat tarixini açıqlayıb
07:52 14 Mart 2019
Ölkə mətbuatı
A- A+

ABŞ şirkəti ənənəsinə sadiq qalaraq dəvət məktublarında növbəti təqdimatın tarixini, vaxtını və keçiriləcəyi yeri qeyd edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Apple" martın 25-də Stiv Cobs Teatrında növbəti təqdimatını keçirəcək. Bu haqda jurnalistlərə göndərilmiş dəvət məktublarında qeyd edilib.
 
Sözügedən tədbir yerli vaxtla saat 10:00-da başlayacaq. Şirkət bir sıra yeni xidmətlərini, həmçinin öz istehsalı olan film və serialları nümayiş etdirəcək.
 
ABŞ şirkətinin yeni qurğular nümayiş etdirəcəyi də istisna edilmir. Bu, "AirPods 2", "iPad" və ya "AirPower" qurğuları ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR