Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletinin tamaşası keçiriləcək

Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletinin  tamaşası keçiriləcək
07:50 14 Mart 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Martın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, professor, diplomat, tanınmış ictimai xadim Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletinin tamaşası keçiriləcək.

Trend-in məlumatına görə, “Eşq və Ölüm” "Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınmış balet tamaşasıdır.

«Eşq və Ölüm» baleti həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur. Bu tamaşa ölməz məhəbbət və qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini vəsf edir.

Balet ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru Vəkil Usmanov tərəfindən səhnəyə qoyulmuş, Bakıdakı möhtəşəm premyerasında sonra Sankt-Peterburqun Mariinski Teatrında və Moskvada Böyük Teatrın səhnəsində uğurla nümayiş olunmuşdu. 2010-cu ildə "Eşq və Ölüm" rusiyalı xoreoqraf - Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina tərəfindən Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmuşdu. Həmin quruluş 2011-ci ildə Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada nümayiş olunmuşdu.

Martın 23-də nümayiş olunacaq tamaşa 2015-ci ildə Nadejda Malıgina tərəfindən P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə səhnəyə teatrımızda qoyulmuşdur. Tamaşanın quruluşçu rəssamı tanınmış rusiyalı teatr rəssamı Dmitri Çerbadji, dirijoru Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.

Əsas rollarda Cəmilə Kərimova (Baycan), Anar Mikayılov (Azər), Nigar İbrahimova (Ölüm), Samir Səmədov (Məlik xan), Gülağası Mirzəyev (Qazan xan) və b. çıxış edəcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3032542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR