Android-lə işləyən ən yaxşı smartfonlar - SİYAHI

Android-lə işləyən ən yaxşı smartfonlar - SİYAHI
07:32 14 Mart 2019
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

"AnTuTu" şirkətinin mütəxəssisləri 2019-cu ildə qiymət və keyfiyyət baxımından "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyən ən yaxşı smartfonları müəyyənləşdiriblər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 3 QB əməli yaddaş, 32 QB daxili yaddaş, 2.3 QHs takt tezlikli "Snapdragon 660" prosessoru ilə təchiz edilmiş "Redmi Note 7" smartfonu 150 dollarlıq cihazlar arasında ən yaxşı qurğu adlandırılıb.
 
"Meizu V8300" smartfonu 300 dollarlıq cihazlar arasında ən yaxşı qurğu elan edilib. Qurğu "MediaTek MT6739" adlı dördnüvəli prosessorla təchiz edilib, yaddaş tutumu "Redmi Note 7" ilə eynidir.
 
Ekspertlər "Xiaomi Mi 8" smartfonunun 6 QB əməli yaddaş və 64 QB daxili yaddaşa  malik versiyasını 450 dollarlıq kateqoriyada ən yaxşı smartfon adlandırıblar.
 
"Xiaomi Blask Shark" cihazı ən bahalı smartfonlar arasında birinci yerə layiq görülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR