Dünyada hər kəsin rastlaşdığı ən çox yayılmış problem: Öhdəsindən necə gəlmək olar?

Dünyada hər kəsin rastlaşdığı ən çox yayılmış problem: Öhdəsindən necə gəlmək olar?
04:53 14 Mart 2019
Ölkə mətbuatı
A- A+

Mədənin qıcqırması demək olar ki, hər kəsin başına gələ biləcək problemlərdən biridir. Adətən, qzlı su kimi içkilərlə mədədəki yanma hissi azaldılsa da, əslində, mədə qıcqırması ciddi xəstəliklərin xəbərçisi ola bilər. Bəs qıcqırma nədən əmələ gəlir? Bu problem necə həll oluna bilər?

Publika.az xəbər verir ki, mədədəki turşunun həddindən artıq ifraz olunması qıcqırma əmələ gətirir. Turşuluğu artıran səbəblər isə ətraf mühit faktorlarıdır. Yağlı və ağır qidaların qəbulundan sonra yaranan bu durum insanın gündəlik həyat fəaliyyətinə mənfi təsir göstərir. Çox və nizamsız şəkildə yemək qəbul etmək və bununla paralel hərəkətsizlik, həmçinin, siqaret çəkmək və ya çay işilməsi mədənin turşuluğunu artırır. Bundan başqa, sinir sistemində yaranan problemlər də mədə qıcqırmasına səbəb ola bilər.

Mədə qıcqırmasına səbəb ola bilər:

- Həddən artıq qida qəbul edərək mədə divarını genişləndirmək

- Nizamsız və yağlı qidalar qəbul etmək

- Strese, depressiya və kədərlənmək

- Zərərli vərdişlər

- Yeməyi çeynəmədən udmaq

- Qlüten və qlükoza

- Antibiotik tərkibli dərmanların əks təsirləri

Mədə qıcqırmasının qarşısını nə ala bilər?

BAL

1 fincana 1 yemək qaşığı bal əlavə edib üzərinə yarım limonun suyunu sıxın. Bu qarışığı yeməkdən 1 saat əvvəl qəbul edin. Bu, mədədə turşuluğu balanslaşdırır.

SODA

Mədə qıcqırması və yanmasına yaxşı təsir edəcək vasitələrdən biri də bir fincan sodalı su içməkdir. Bu suyu yeməkdən öncə və sonra içə bilərsiniz.

ALMA

Alma suyu mədənin turşuluğunu balanslaşdırmağa kömək edir. Əlavə olaraq, almanın tərkibindəki antiseptik maddə sayəsində mədə divarları yenilənir.

AYRAN VƏ YA QATIQ

Tan yağlı qatıq və ya ayran mədə turşuluğunun miqdarını azaldır. Mədəni rahatladaraq yemək yeyərkən hiss edilən ağrını azaldır.

BANAN

Təbiətdə olan ən təsirli anti-asid banandır. Yeməkdən sonra çay yerinə bir ədəd banan yemək mədədə turşuluğu azaldır. Lakin qəbzlik problemi yaşayanlar banan yeyərkən diqqətli olmalıdır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/272545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR