Avropanı İspaniya xilas edəcək - FOTO

Avropanı İspaniya xilas edəcək - FOTO
03:53 14 Mart 2019
154 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya İtaliyada və digər Aralıq dənizi ölkələrində zeytun məhsulunun az olması səbəbindən Avropada zeytun yağının əsas istehsalçısı olub.

Publika.az Avropa Komissiyasına istinadla xəbər verir ki, 2019-cu ildə İspaniya təqribən 1,6 milyon ton, yaxud Aİ-də zeytun yağının ümumi həcminin 75 faizi qədər yağ ixrac edəcək.

İtaliyada zeytun yağı istehsalı 50 faiz azalıb. Bu il ölkə yalnız 205 min ton zeytun yağı istehsal etməyi planlaşdırır. İspaniyada, əksinə, istehsalın 26 faiz artacağı gözlənilir.

Digər tərəfdən, İspaniya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə zeytun yağının qiymətləri 28 faiz ucuzlaşıb. Gözlənildiyinə görə, ixracatın həcminin artması qiymətlərin ucuzlaşmasını kompensasiya edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/272568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR