Məktəbdə ATIŞMA: 9 ölü, 17 yaralı

Məktəbdə ATIŞMA: 9 ölü, 17 yaralı
02:13 14 Mart 2019
149 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyanın San-Paulu şəhərində məktəbə silahlı basqın nəticəsində 9 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.

Məktəbdə iki yeniyetmə atəş açaraq beş uşağı və məktəbin bir əməkdaşını öldürüblər. Atəş açanlardan biri özünü öldürüb. Hadisə zamanı yaralanmış 17 nəfər xəstəxanaya çatdırılıb.

San-Paulu ştatının qubernatoru Juau Doria baş verənlərlə əlaqədar olaraq bütün görüşlərini təxirə salaraq hadisə yerinə gedib.

Təhqiqata başlanılıb. İlkin versiyaya görə, silahlı basqın edənlər vaxtilə həmin məktəbin şagirdləri olublar.

Məktəbdə təxminən 1000 şagird təhsil alır və 105 nəfər işləyir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/272593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR