Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib

Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib
02:02 14 Mart 2019
128 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son 2 cavab görüşü keçirilib.
"Report"un məlumatına görə, İspaniyada "Barselona" Fransa "Lion"unu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1. Hesabı 18-ci dəqiqədə Lionel Messi açıb. O, penaltini dəqiq yerinə yetirib. 31-ci dəqiqədə isə Filippe Koutinyo ikinci qolu vurub. 58-ci dəqiqədə Lüka Tuzar fərqi azaltsa da, oyunun sonlarına doğru meydan sahibləri daha 2 qol vurublar. 78-ci dəqiqədə Messi Çempionlar Liqası tarixində 9-cu "dubl"unu edib və yenidən bu göstəricidə vahid liderə çevrilib. 81-ci dəqiqədə Jerar Pike, 86-cı dəqiqədə isə Usman Dembele fərqlənərək, oyunun yekun nəticəsini müəyyənləşdiriblər.
İlk görüş qolsuz yekunlaşdığı üçün Kataloniya komandası mərhələ adlayıb. "Barsa" həm də 1/8 final səddini keçən yeganə İspaniya təmsilçisi olub. PSJ-dən sonra "Lion"un da mübarizəni dayandırmasından sonra Fransa 1/4 finalda təmsilçisiz qalıb.
Almaniya da 1/8 finalda hər iki komandasını itirib. "Mançester Siti" önündə boyun əyən "Şalke"nin ardından "Bavariya" da İngiltərənin daha bir təmsilçisi "Liverpul"la bacarmayıb. İlk görüşdə səfərdə qolsuz heç-heçə etmiş Münhen komandası ev oyununda uduzub - 1:3. İlk hissədə tərəflər hərəyə bir dəfə fərqləniblər. Qonaqlardadan Sadio Mane 26-cı dəqiqədə hesabı açıb. 39-cu dəqiqədə isə onun komanda yoldaşı Joel Matip topu öz qapısına göndərib. İkinci hissədə "Liverpul" daha 2 qol vurub. 69-cu dəqiqədə Vircil van Deyk "Liverpul"un ikinci qoluna imza atıb. Son nöqtəni isə 84-cü dəqiqədə Mane qoyub.
Daha əvvəl İngiltərədən "Mançester Siti", "Mançester Yunayted" və "Tottenhem" də 1/8 final səddini keçib. Digər vəsiqələrə İtaliyanın "Yuventus", Hollandiyanın "Ayaks" və Portuqaliyanın "Portu" komandaları yiyələnib. 1/4 final yarımfinal və final mərhələlərinin püşkatma mərasimi martın 15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. Oyunlar isə 9-10 aprel və 16-17 apreldə olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cl-1-4-finala-vesiqe-qazanan-son-2-komanda-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR