Zidanın maaşı açıqlandı - FANTASTİK MƏBLƏĞ

Zidanın maaşı açıqlandı - FANTASTİK MƏBLƏĞ
21:32 13 Mart 2019
181 İdman
Ölkə mətbuatı
A- A+

"Real"la 2022-ci ilin yayına qədər müqavilə imzalayan Zinəddin Zidanın Madrid klubundakı gəliri açıqlanıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, 46 yaşlı məşqçi ilinə 12 milyon avro qazanacaq. Bundan başqa, Zidan üçün əlavə bonuslar da olacaq.

Qeyd edək ki, fransalı mütəxəssis ötən yay ayrıldığı "kral klubu"nda ilinə 7.5 milyon avro maaş alırdı. 2016-cı ildə komandaya baş məşqçi təyin olunanda isə onun illik qazancının 2.5 milyon avro olduğu açıqlanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/738688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR