Tacikistan "Google" şirkətini vergiyə cəlb edə bilər

Tacikistan "Google" şirkətini vergiyə cəlb edə bilər
21:27 13 Mart 2019
103 Dünya
Ölkə mətbuatı
A- A+

Tacikistan vətəndaşlarına elektron xidmət göstərən xarici şirkətlər, o cümlədən "Google" vergiyə cəlb oluna bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tacikistanda bununla bağlı hazırlanan qanun layihəsi hazırda aidiyyəti dövlət qurumlarında razılaşdırılır. Sənəd qəbul olunarsa, həmin şirkətlər və "Google" Tacikistanın vergi orqanlarına hesabat təqdim etməli, əlavə dəyər vergisi ödəməlidir.

Tacikistan Vergi Komitəsinin səlahiyyətli nümayəndəsi Zavkibek Şodien jurnalistlərə bildirib ki, qanun layihəsi ölkənin Maliyyə Nazirliyi tərəfindən hazırlanıb və yaxın vaxtlarda hökumətə təqdim olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR