Gürcüstanda azərbaycanlı sabiq icra başçısı 7 aylıq maaşını tələb edir

Gürcüstanda azərbaycanlı sabiq icra başçısı 7 aylıq maaşını tələb edir
21:22 13 Mart 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Marneuli rayonunun keçmiş icra başçısı Temur Abazov 7 ay ərzində ona ödənilməmiş əmək haqqını tələb edir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı o, rayon sakrebulosuna müraciət edib.
Müraciətə bu gün rayon bələdiyyəsinin iclasında baxılıb.
Marneuli bələdiyyəsinin Aparat rəhbəri Nino Beridze bildirib ki, T.Abazovun tələb etdiyi əmək haqqının ümumi məbləği 32800 lari (12 min dollardan çox) təşkil edir.
Aparat rəhbəri deyib ki, sabiq icra başçısının müraciəti sabah Marneuli rayon icra hakimiyyətinə göndəriləcək: "Sənəd müvafiq departamentdə nəzərdən keçiriləcək. Temur Abazovun tələbi qanun çərçivəsində olacağı təqdirdə təmin ediləcək".
Qeyd edək ki, Marneuli rayonunun sabiq başçısı Temur Abazov 2017-ci ildə yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə qalib gələrək Marneulinin icra başçısı seçilib. O, 2018-ci ilin iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Ötən ilin dekabrın 13-də T.Abazov 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb.
T.Abazov öz istəyi ilə vəzifəsindən istefa verib. Fevralın 14-də onun səlahiyyətlərinə xitam verilib. Marneulidə icra başçısı seçkiləri bu ilin mayında keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-azerbaycanli-sabiq-icra-bascisi-maasini-teleb-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR