Efiopiyadakı qəzadan sonra "Boeing" 26,6 milyard dollar itirib

Efiopiyadakı qəzadan sonra "Boeing" 26,6 milyard dollar itirib
21:22 13 Mart 2019
120 Dünya
Ölkə mətbuatı
A- A+

Efiopiyada "Boeing 737 Max 8" təyyarəsinin qəzaya uğramasından sonra Amerikanın "Boeing" kompaniyasının bazar kapitalı 26,6 milyard dollar azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 12-də Nyu-Yorkun fond birjasında (NYSE) keçirilən hərracların nəticəsinə əsasən, kompaniyanın aksiyaları 6,15 faiz ucuzlaşaraq 375,41 dollara enib. Son iki gün ərzində bu göstərici 11 faizdən çox olub. Martın 8-də aksiyaların qiyməti 422,54 dollar təşkil edirdi.

Beləliklə kompaniyanın kapitalı iş həftəsinin əvvəlindən bəri 26,6 milyard dollar aşağı düşərək 212,1 milyardadək azalıb. Martın 8-də keçirilən hərraclarda onun kapitalı 238,7 milyard dollar idi.

Xatırladaq ki, Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan "Ethiopian Airlines" aviakompaniyasına məxsus "Boeing 737-MAX 8" təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın "Lion Air" aviakompaniyasına məxsus "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr və aviakompaniyalar 737 MAX 8" təyyarələrinin uçuşlarını dayandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR