Avropadan Türkiyə ilə bağlı ŞOK QƏRAR: Ankaradan cavab gecikmədi

Avropadan Türkiyə ilə bağlı ŞOK QƏRAR: Ankaradan cavab gecikmədi
21:18 13 Mart 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı Türkiyə ilə üzvlüklə bağlı aparılan danışıqları təxirə salıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin qəbul etdiyi qərarda deyilir.

Danışıqların hansı müddətə təxirə salındığı barədə məlumat verilməyib.

Qərara Türkiyənin cavabı gecikməyib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik qərara sərt reaksiya verib.
"Bizim üçün dəyərsiz, heç bir hökmü olmayan və etibarsız bir qərardır. Bu, etibarsız qərar Avropa Parlamentinin ifrat sağçı ideologiyanın nəzarətinə keçməsinin elan edilməsidir", - o deyib..

Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/272579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR