Braziliyada məktəbdə atışma - 10-a yaxın ölü

Braziliyada məktəbdə atışma - 10-a yaxın ölü
21:17 13 Mart 2019
51 Dünya
Ölkə mətbuatı
A- A+

Braziliyanın San-Paulu şəhərində məktəbdə atışma olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışmada 9 nəfər həlak olub, 17 nəfər xəsarət alıb.

Bildirilir ki, atəş açan iki şəxs olub. Onlar 5 şagirdi və məktəbin bir əməkdaşını güllələyiblər, daha sonra özlərini vurublar.

Ehtimal olunur ki, hücum edənlər əvvəl həmin məktəbdə təhsil alıblar. Həlak olanların yaşı hələ dəqiqləşdirilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR