Müdafiə naziri qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb

Müdafiə naziri qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb
21:12 13 Mart 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olub.
"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin növbəti mərhələsində qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara tapşırıqlar verilib.
Səhra şəraitində ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olan general-polkovnik Zakir Həsənov qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.
Təlim nöqtələrinə baş çəkən müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq çatdırılması, icra olunması ilə bağlı müvafiq göstərişlər verib.






Xəbərin orijinal ünvanı: https://report.az/herbi/mudafie-naziri-qosunlarin-doyus-fealiyyetinin-teskilini-yoxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR