Fahişəliklə məşğul olan azərbaycanlı qadın deportasiya edildi

Fahişəliklə məşğul olan azərbaycanlı qadın deportasiya edildi
20:57 13 Mart 2019
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kütayha rayonunun Gediz qəsəbəsində polis əxlaqsızlıqla mübarizə əməliyyatı keçirilib.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, əməliyyat zamanı saxlanılan 15 nəfədən 6-sı həbs edilib. Onlar arasında azərbaycanlı qadın da olub.

Məlumata görə, Gediz Cümhuriyyət Baş Prokurorluğunun təlimatı ilə rayon polis idarəsi fahişəliklə məşğul olan və bu insalara vasitəçilik edən şübhəliləri texniki nəzarətə götürüb. İki ay davam edən müşahidələrdən sonra öncədən müəyyən edilmiş ünvanlarda əməliyyatlar həyata keçirilib. Əməliyyat zamanı 56 yaşlı A.D., 57 yaşlı U.S., 48 yaşlı S.K., 59 yaşlı M.K., 39 yaşlı S.K. və 46 yaşlı H.G. ilə yanaşı bir neçə qadın da saxlanılb.

Fahişliklə məşğul olduğu iddia edilən 9 qadının polis idarəsində izahatı alınıb. Azərbaycanlı qadın isə deportasiya edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/738636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR